Azərbaycanın Ukraynadakı səfiri “İlin diplomatı” adına layiq görülüb

Xarici siyasət
  • 04 oktyabr, 2021
  • 07:37
Azərbaycanın Ukraynadakı səfiri “İlin diplomatı” adına layiq görülüb
Elmira Axundova

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova 2021-ci il üzrə “İlin diplomatı” adına layiq görülüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, səfir Elmira Axundova aktiv fəaliyyətinə, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafındakı xidmətlərinə görə “Celebrity Awards 2021” mükafatının qalibi olub.

Bu mükafat bir sıra QHT-lər, o cümlədən “Kiyev Diplomatiçeyskiy” jurnalı tərəfindən irəli sürülüb.

Mükafatı təqdimetmə mərasimində çıxış edən səfir Elmira Axundova bildirib ki, bu mükafat həm də Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyevin fədakar, yorulmaz fəaliyyətinə verilən qiymətdir:

“Bildiyiniz kimi, ötən il Azərbaycan üçün uğurlu il olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalda olan ərazilərimizi azad edib. 44 günlük müharibədə Ukrayna dövləti, mətbuatı Azərbaycanın haqlı mübarizəsinə böyük dəstək verdi”, - səfir deyib.

Argentina və İndoneziyanın Ukraynadakı diplomatları da “İlin diplomatı” nominasiyasının qalibi olublar.

Son xəbərlər

Bütün Xəbər Lenti