Azərbaycanın Türkmənistandakı Səfirliyinin yeni inzibati binasının açılışı olub

Xarici siyasət
  • 10 may, 2023
  • 13:43
Azərbaycanın Türkmənistandakı Səfirliyinin yeni inzibati binasının açılışı olub

May ayının 10-da Azərbaycanın Türkmənistandakı Səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul keçirilib və bir müddət əvvəl inşası başa çatmış Səfirliyin yeni inzibati binasının rəsmi açılışı olub.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov Azərbaycan Səfirliyinin yeni inzibati binasının bir müddət öncə tikilsə də, rəsmi açılışının məhz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü edilməsinin qərara alındığını qeyd edib.

Mərasimdə Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və əməkdaşları, media və ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.

Qeyd edək ki, həmçinin Türkmənistanda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.

44 filmi