Yuxarı
    Bağlamaq

    Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb

    Elazığdakı terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat yoxdur

    Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin Elazığ vilayətində baş vermiş terror aktında zərər çəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə heç bir məlumat yoxdur.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov məlumat verib. 

    Onun sözlərinə görə, terror hadisəsi ilə əlaqədar Azərbaycan səfirliyində “qaynar xətt” yaradılıb, araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Türkiyənin Elazığ vilayətində avqustun 18-də baş vermiş terror aktı nəticəsində 3 nəfər şəhid olub, 217 nəfər yaralanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi