Azərbaycanın Seuldakı səfirliyi Cənubi Koreyaya təyyarə qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın Seuldakı səfirliyi Cənubi Koreyaya təyyarə qəzası ilə bağlı başsağlığı veribAzərbaycanın Seuldakı səfirliyi Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzası ilə əlaqədar Cənubi Koreyaya başsağlığı verib.
Azərbaycanın Seuldakı səfirliyi Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzası ilə əlaqədar Cənubi Koreyaya başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu səhər Muan Beynəlxalq Hava Limanında baş verən faciəvi təyyarə qəzası xəbərindən dərindən sarsıldıq və kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Düşüncələrimiz və dualarımız bu faciəvi hadisədən təsirlənən hər kəslədir", - paylaşımda qeyd edilib.
We are deeply shocked and saddened to hear about the tragic airplane crash at the Muan International Airport this morning. We express heartfelt condolences to the families and friends of the victims. Our thoughts and prayers are with all those affected by this tragic incident.