Azərbaycanın səfiri Kişinyovda Qələbə Günü bayram mərasimində iştirak edib

Azərbaycanın səfiri Kişinyovda Qələbə Günü bayram mərasimində iştirak edib Səfir və səfirliyin əməkdaşları Şəhidlər Xiyabanında "Şuşa" adlı yaddaş lövhəsinin önünə çələng və güllər qoyub
Xarici siyasət
9 May , 2016 12:16
Azərbaycanın səfiri Kişinyovda Qələbə Günü bayram mərasimində iştirak edib

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev Kişinyovda keçirilən Qələbə Günü bayramı və Vətənin müstəqilliyi uğrunda həlak olanların xatirəsinin anım mərasimində iştirak edib.

"Report" Azərbaycanın Moldovadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldovanın prezidenti Nikolaye Timofti, digər dövlət rəhbərləri, xarici səfirliklərin və Kişinyovda akkreditasiyadan keçən nümayəndəliklərin başçıları hərbi şərəf abidəsinə gül çələngi qoyub - "Eternitate" ("Əbədilik").

Səfir və səfirliyin əməkdaşları Azərbaycan dövləti adından Azərbaycanın səfirliyi tərəfindən 2012-ci il mayın 7-də Moldovada açılan Şəhidlər Xiyabanında "Şuşa" adlı yaddaş lövhəsinin önünə, eləcə də Rusiya, Ukrayna, Belarus və İsrail səfirliklərinin xiyabanlarına çələng və güllər qoyub.

Son xəbərlər

Orphus sistemi