Azərbaycanın səfiri Efiopiyanın birinci xanımı ilə görüşüb

Azərbaycanın səfiri Efiopiyanın birinci xanımı ilə görüşüb Elman Abdullayev Azərbaycanın qadınların inkişafı sahəsində görülən işlərdən danışıb
Xarici siyasət
22 Noyabr , 2016 19:42
Azərbaycanın səfiri Efiopiyanın birinci xanımı ilə görüşüb

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin birinci xanımı Roman Tesfaye ilə görüşüb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanın hələ ötən əsrin 60-ci illərindən Efiopiya ilə təhsil və elm sahəsində yaxın münasibətlərinin olduğunu bildirən E.Abdullayev ölkəmizin dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu vurğulayıb.

Azərbaycan dövləti tərəfindən qadınlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyini, onun təşəbbüsü ilə ölkəmizdə mədəniyyətlərarası dialoqda qadının roluna həsr olunan və ümumiyyətlə, bir sıra müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib.

Səfir, həmçinin, Azərbaycan və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə "Gənc qızların təhsili" adlı müxtəlif layihələrin həyata keçirildiyini söyləyib.

R.Tesfaye müasir dünyada, xüsusən də Afrika qitəsində gənc qızların bir çox problemlərlə üzləşdiyini qeyd edərək, Azərbaycanın bu sahədə geniş fəaliyyətini yüksək qiymətləndirib. Efiopiyanın birinci xanımı Azərbaycan ilə bir çox aktual sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi