​Bişkekdə Azərbaycanın Qırğızıstana hədiyyə etdiyi texnikanın təqdim olunması ilə bağlı rəsmi mərasim keçirilib

​Bişkekdə Azərbaycanın Qırğızıstana hədiyyə etdiyi texnikanın təqdim olunması ilə bağlı rəsmi mərasim keçirilib Polkovnik Nurjan Osmonaliyev mərasim iştirakçılarına yanğınsöndürən texnika vahidlərini göstərib
Xarici siyasət
6 Mart , 2015 17:29
​Bişkekdə Azərbaycanın Qırğızıstana hədiyyə etdiyi texnikanın təqdim olunması ilə bağlı rəsmi mərasim keçirilib

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Qırğızıstanın Bişkek şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinə 5 ədəd yanğınsöndürən avtomaşınların təmənnasız təqdim edilməsinin rəsmi mərasimi keçirilib. Bu barədə "Report"a Azərbaycanın Qırğızıstandakı səfirliyindən məlumat verilib.

Mərasimdə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronov, Qırğız Respublikası Hökuməti Aparatının fövqəladə hallar və hüquq qaydalar üzrə şöbəsinin məsul işçisi Abdutalip Kamalov, FHN-in dövlət xidməti üzrə agentliyinin rəhbəri polkovnik Nurjan Osmonaliyev, nazirliyin şəxsi heyəti iştirak ediblər.

Polkovnik N.Osmonaliyev mərasim iştirakçılarına yanğınsöndürən texnika vahidlərini göstərib, avtomaşınların və onların Qırğızıstanın regionlarına paylanması haqqında məlumat verib.

Qırğız Respublikasının fövqəladə hallar naziri K.Boronov mərasimi açaraq, iştirakçıları bu əlamətdar hadisə ilə təbrik edib. O, qırğız xalqı və Qırğız Respublikasının hökuməti tərəfindən Azərbaycan hökumətinə və Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən avtomaşınların təqdim edilməsi ilə göstərilmiş yardıma görə minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, ölkələr arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq yeni mərhələyə keçir, gələcəkdə daha çox birgə layihələrin və tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Sonra çıxış edən səfir Hidayət Orucov keçirilən mərasiminin vacibliyini qeyd edib, bundan sonra da Azərbaycan və Qırğızstan arasında fövqəladə hallar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf edəcəyinə ümid etdiyini deyib. O, iki ölkənin fövqəladə hallar nazirliklərinin əməkdaşlığının möhkəmlənməsi sahəsində yaxşı təcrübə qazandıqlarını xüsusilə vurğulayıb. Səfir qeyd edib ki, son vaxtlar iki ölkə arasında sənaye, ticarət, rabitə, nəqliyyat, elm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə əlverişli əlaqələr qurulub, lakin əməkdaşlığın inkişafı üçün güclü istifadə olunmamış potensial mövcuddur. Əlavə edib ki, ölkələr arasında əməkdaşlıq Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi maraq dairəsindədir.

Daha sonra Qırğız Respublikası Hökuməti Aparatının fövqəladə hallar və hüquq qaydalar üzrə şöbəsinin məsul işçisi Abdutalip Kamalov çıxış edərək bildirib ki, Azərbaycan hökuməti tərəfindən göstərilən yardımı Qırğızstan hökuməti yüksək qiymətləndirib və ölkələr arasında bundan sonra da əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi