Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq sazişi imzalanıb Sonda qonaqlar Trakay rayonunda fəaliyyət göstərən turizm obyektləri ilə yaxından tanış olublar
Xarici siyasət
16 May , 2017 10:36
Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı. 16 may. REPORT.AZ/ Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov və Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyev Litvanın Trakay rayonunda səfərdə olub. 

 Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti rayon bələdiyyəsinə baş çəkib. 

"Report"a səfirlikdən bildiriblər ki, Trakay rayon Bələdiyyəsinin və şəhər sovetinin üzvləri ilə keçirilmiş görüşdə rayonun meri Edita Rudeliene çıxış edərək Azərbaycanlı qonaqları Trakay rayon meriyasında gördüyündən məmnunluq ifadə etmiş və iki il öncə Litva Bələdiyyələri Assosiasiyası ilə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası arasında başlanmış əməkdaşlığın nəticəsi olaraq, bu gün Trakay rayonu ilə Qazax rayonu arasında əməkdaşlıq haqqında Saziş imzalanacağını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Mer bir il əvvəl Litva Bələdiyyələri Assosiasiyasının tərkibində Azərbaycanda səfər etdiyini bildirərək, Azərbaycanın çox gözəl ölkə olduğunu və ölkəmizdən böyük təəssüratlarla qayıtdığını vurğulayıb.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə tədbir iştirakçılarını salamlayaraq, Trakay rayon merinə səmimi qəbula görə təşəkkürlərini bildirmişdir. Qazax və Trakay rayonlarının qədim tarixə malik olduğunu qeyd edən səfir iki şəhər arasında əlaqələrin inkişaf edəcəyinə əmin olduğunu söyləmiş və səfirlik tərəfindən bu əməkdaşlığın daha da dərinləşməsi üçün səylərin əsirgənməyəcəyini diqqətə çatdırlb.

Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvü Yonas Liyesis çıxış edərək, bu gün Trakay rayonu ilə Qazax rayonu arasında əməkdaşlığın təməlinin qoyulduğunu qeyd etmiş və əməkdaşlığın bütün sahələr üzrə inkişaf etməsini arzulamışıdır. Uzaq bir diyarın, rayonun artıq Trakaya yaxın olduğunu vurğulayan millət vəkili bu əlaqələrin nəticəsində hər iki millətin bir-birilərinin adət-ənənələri ilə yaxından tanış olmaları üçün imkanların yarandığını bildirib.

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə öz çıxışında il ərzində aparılmış işlərin nəticəsi olaraq bu gün Trakay rayon Bələdiyyəsinin binasında iki rayon arasında saziş imzalanacağını qeyd etmiş və regionlararası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin daha inkişaf etməsində tövhə verəcəyinə əmin olduğunu vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan ilə Litva arasında olan dostluq münasibətlərinin nəticəsi olaraq, bu gün burada iki rayon arasında saziş imzalanacağını bildirmişdir. O, Qazax rayonunun tarixi, mədəni həyatı barədə geniş məlumat verərək Qazax rayonunun dahi sairlər və yazıçılar məkanı olduğunu diqqətə çatdırıb.

Trakay rayonu haqqında təqdimat nümayiş edildikdən sonra Qazax rayonu və Trakay rayonu arasında əməkdaşlıq haqqında Sazişin imzalanma mərasimi keçirilmişdir. Sənədi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Trakay rayonunun meri Edita Rudeliene imzalamışdır. Sazişə əsasən hər iki tərəf mədəniyyət, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirməyə çalışacaqlar.

Sonda qonaqlar Trakay rayonunda fəaliyyət göstərən turizm obyektləri ilə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi