Türk Dövlətlərinin Ombudsmanlar Assosiasiyası yaradılıb

Türk Dövlətlərinin Ombudsmanlar Assosiasiyası yaradılıb Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Türkiyəyə səfərə gedib.
Xarici siyasət
13 May , 2022 17:23
Türk Dövlətlərinin Ombudsmanlar Assosiasiyası yaradılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak etmək məqsədilə Türkiyə Respublikasına rəsmi səfərə gedib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Anlaşma Memorandumu 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Bursa şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Respublikasının ombudsmanları və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən imzalanıb.

İmzalanma mərasimindən sonra Türkiyə mətbuatına müsahibə verən S.Əliyeva Memorandumun insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini sahəsində əməkdaşlığın gücləndirilməsinə, bununla bağlı bilik və təcrübə mübadiləsinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Qeyd olunub ki, Türkdilli ölkələrin ombudsman və milli insan hüquqları institutları arasında aparılmış müzakirələrdən sonra yaradılan bu birlik, eyni zamanda regionda sülhün və əmin-amanlığın qorunmasında da mühüm rol oynayacaqdır. S.Əliyeva sözügedən Assosiasiyanın fəaliyyəti çərçivəsində Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsini digər üzv qurumlarla bölüşməyə hazır olduğunu və bu istiqamətdə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinin faydalı olacağını bildirib.

16.19

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Türkiyəyə səfərə gedib.

“Report” xəbər verir ki, o, Bursa şəhərində tədbirdə iştirak edib.

Bildirilib ki, o Türk dünyası mədəniyyət paytaxtı Bursada Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Haqları İnstitutları İttifaqının yaranma tədbirində iştirak edib.

Son xəbərlər

Orphus sistemi