Azərbaycanın bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirləri geri çağırılıb - SİYAHI

Azərbaycanın bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirləri geri çağırılıb - SİYAHI Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Xarici siyasət
23 Dekabr , 2015 20:38
Azərbaycanın bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirləri geri çağırılıb - SİYAHI

Bakı. 23 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Tural Anar oğlu Rzayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla T.Rzayev Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər sərəncamları ilə Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən, Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi