Yuxarı
    Bağlamaq

    Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə baş verən zəlzələdə həlak olanların yaxınlarına başsağlığı verib

    Bu barədə səfirlik rəsmi Twitter səhifəsində yazıb

    Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

    "Report"un məlumatına görə, bu barədə səfirlik rəsmi "Twitter" səhifəsində yazıb.

    Qeyd edək ki, ötən gecə İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ olub. Nəticədə 73 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhərlərə ciddi ziyan dəyib.

    Səfirlik Azərbaycan vətəndaşlarının ölən və yaralanan arasında olub-olmaması məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi