Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın İƏT-ə üzvlük haqqı borcu yoxdur - SİYAHI

    Türkiyə prezidenti borcu olmayanlar sırasında İslam Respublikasının adını çəkməyib

    Bakı. 15 aprel. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatına (İƏT) 56 üzv ölkədən təşkilata üzvlük haqqı borcu olmayan dövlətlərin adları açıqlanıb. Həmin ölkələr bunlardır: Azərbaycan, Qazaxıstan, Əfqanıstan, Bəhreyn, İndoneziya, Əlcəzair, İraq, Küveyt, Malayziya, Mərakeş, Oman, Tunis, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlyi, Türkiyə.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə toplantısının bağlanışındakı çıxışında bildirib.

    O, üzvlük haqqı verməyən dövlətlərə müraciət edib. "Ya bu ianə sistemini ləğv edin, ya da ödəniş sisteminə keçin", - Ərdoğan vurğulayıb.

    Rəcəb Tayyib Ərdoğan Türkiyənin İƏT-ə 2 milyon dollar məbləğində ianə verdiyini də vurğulayıb.

    Qeyd edək ki, İƏT-in 57 üzvü var. Qonşu İran da onlardan biridir. Türkiyə prezidenti borcu olmayanlar sırasında İslam Respublikasının adını çəkməyib.

    Xatırladaq ki, qarşıdan gələn iki ildə İƏT-ə Türkiyə sədrlik edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi