Azərbaycanın Gürcüstandakı səfiri bu ölkənin baş naziri ilə vida görüşü keçirib

Azərbaycanın Gürcüstandakı səfiri bu ölkənin baş naziri ilə vida görüşü keçirib Tərəflər iki ölkə arasında münasibətlərin indiki səviyyəsindən razı qaldıqlarını bildiriblər
Xarici siyasət
27 Dekabr , 2016 16:53
Azərbaycanın Gürcüstandakı səfiri bu ölkənin baş naziri ilə vida görüşü keçirib

Bakı. 27 dekabr. REPORT.AZ/ Gürcüstanın Baş naziri Georgi Kvirkaşvili Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseynovu qəbul edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, G.Kvirkaşvili A.Hüseynovla Gürcüstanda diplomatik fəaliyyət müddəti başa çatdığına görə görüşüb.

Məlumata görə, görüşdə tərəflər iki ölkə arasında münasibətlərin indiki səviyyəsindən razı qaldıqlarını bildirməklə yanaşı, əməkdaşlığı daha genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, A.Hüseynov 2011-ci ildən Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri işləyib. Dekabrın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər

Orphus sistemi