Azərbaycanın Fransadakı səfirliyi terror aktlarında həlak olanlar və yaralananlar arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırır

Azərbaycanın Fransadakı səfirliyi terror aktlarında həlak olanlar və yaralananlar arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırır Xarici İşlər Nazirliyi Azərbaycanın Fransadakı səfirliyinə təlimat verib
Xarici siyasət
14 Noyabr , 2015 10:07
Azərbaycanın Fransadakı səfirliyi terror aktlarında həlak olanlar və yaralananlar arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırır

"Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur"

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyi paytaxt Parisdə törədilən terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır. 

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın  Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır: "Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur". 

Son xəbərlər

Orphus sistemi