Azərbaycanın dövlət başçısı Filippinin yeni prezidentini təbrik edib

Azərbaycanın dövlət başçısı Filippinin yeni prezidentini təbrik edib "Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik"
Xarici siyasət
30 İyun , 2016 16:52
Azərbaycanın dövlət başçısı Filippinin yeni prezidentini təbrik edib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının prezidenti Rodriqo Duterteyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi