Yuxarı
    Bağlamaq

    Azərbaycanın dinc sakinlərin qətlə yetirilməsi ilə bağlı efiopiyalı jurnalistlərlə görüş keçirilib

    Səfir Elman Abdullayev: Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirir

    Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Əddis-Əbəbədəki Səfirliyində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin, o cümlədən iki yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı bu ölkənin jurnalistləri ilə görüş keçirilib.

    Səfirlikdən "Report"a bildirilib ki, görüşdə iştirak edən səfir Elman Abdullayev “Daily Nation”, “African Press Agency”, və “Walta” İnformasiya Agentliklərini təmsil edən jurnalistlərə iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulması barədə söz açaraq, bu vandalizm aktının nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürüldüyünü qeyd edib, digər mülki şəxsin ağır yaralandığını və mülki obyektlərə ciddi ziyan vurulduğunu jurnalistlərin diqqətinə çatdırıb.

    Səfir cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın 20% torpaqlarının hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərini yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini vurğulayıb. 

    Efiopiya və digər Afrika ölkələrinin ictimaiyyətlərinə müraciət edən diplomat Ermənistan tərəfindən törədilmiş bu vandalizm aktının beynəlxalq səviyyədə pislənməsinin xüsusi önəm daşıdığını, artıq bir neçə ölkənin və beynəlxalq təşkilatın Ermənistanı bu qeyri-insani addımına görə ittiham etdiyini qeyd edib.

    E.Abdullayev Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi olduğunu jurnalistlərin nəzərinə çatdıraraq, bu amilin münaqişənin həllinə başlıca maneə olduğunu vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi