Azərbaycanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıb
Azərbaycanın daimi nümayəndəsinin BMT Baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıbAzərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsinin Baş katibə ünvanlanmış məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Tofiq Musayevin qurumun Baş katibinə ünvanlanmış məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi məlumat yayıb.
Müraciət məktubunda vurğulanıb ki, regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərini icra etməsini tələb edir:
"Regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməsini, ərazi iddialarından tam və qeyd-şərtsiz imtina etməsini, təcavüz və işğalı nəticəsində Azərbaycana vurduğu ziyanı aradan qaldırmasın, həmçinin dezinformasiya və yanlış məlumatlardan, eləcə də dövlətlərarası münasibətlərin normallaşması perspektivlərinə mane olan hər hansı digər hərəkətlərdən çəkinməsini tələb edir".
Letter from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General circulated as a document of the General Assembly and the Security Council
“Lasting peace and stability in the region require that Armenia strictly abide by its… pic.twitter.com/LpwZWabtYg