Yuxarı

Azərbaycanın daimi nümayəndəsi ÜTT-nin baş direktoru ilə görüşüb

Vaqif Sadıqov Roberto Azeveduya Azərbaycanın təşkilata qoşulmaq üçün atdığı addımlar barədə məlumat verib

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedu ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan və ÜTT arasında əməkdaşlığın hazırkı səviyyəsi müzakirə olunub.

Bundan əlavə, V.Sadıqov R.Azeveduya Azərbaycanın təşkilata qoşulmaq üçün atdığı addımlar barədə məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi