ADA Universitetində Azərbaycan və BMT arasında əməkdaşlığın 30-cu ildönümü münasibətilə konfrans keçirilib.
“Report” xəbər verir ki, universitetin rektoru Hafiz Paşayev tədbirdə nitq söyləyərək nümayəndəliyin ilk rəhbəri Həsən Həsənovla bağlı xatirələrini bölüşüb, onun diplomat kimi yüksək peşəkarlığından söhbət açıb.
Ölkəmizin BMT yanında ilk nümayəndəsi Həsən Həsənov Azərbaycanın BMT-yə qəbulu, Qarabağ münaqişəsi ilə bağlı BMT çərçivəsində gedən müzakirələr, qəbul olunan sənədlər və qətnamələr barədə məlumat verib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev diplomatiya və beynəlxalq münasibətlər sahəsində kadr hazırlığında Hafiz Paşayev, Həsən Həsənov kimi qocaman diplomatların təcrübəsinin böyük əhəmiyyət daşıdığını deyib, onların xatirələrini, yazdıqları kitabları tədris prosesində dəyərli mənbə kimi səciyyələndirib.