Azərbaycanın birinci xanımı Fransa Prezidenti Administrasiyasının baş katibi ilə görüşüb

Azərbaycanın birinci xanımı Fransa Prezidenti Administrasiyasının baş katibi ilə görüşüb Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub
Xarici siyasət
4 Sentyabr , 2015 16:10
Azərbaycanın birinci xanımı Fransa Prezidenti Administrasiyasının baş katibi ilə görüşüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikası Prezidenti Administrasiyasının baş katibi Jan Pyer Juye ilə görüşüb. “Report”un xəbərinə görə, görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin böyük potensialının olduğu vurğulanıb. İki ölkə regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi bildirilib. Bu ilin noyabrında Gəncə şəhərində keçiriləcək və regionlararası əməkdaşlığa həsr olunacaq Azərbaycan-Fransa Forumunun əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Azərbaycanın birinci xanimi Mehriban Əliyeva Fransanın bu münaqişənin nizama salınmasındakı səylərini yüksək qiymətləndirərək, münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının baş katibi Jan Pyer Juye də ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu və həmsədr ölkə kimi Fransanın bu münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirib.

Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa-Azərbaycan əməkdaşlığındakı rolu xüsusi vurğulanıb və onun həm parlamentlərarası dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi