Azərbaycanın Birinci vitse-prezidenti İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də İran İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.
Xarici siyasət
1338
28 Mart , 2018 16:54
Azərbaycanın Birinci vitse-prezidenti İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini ilə görüşüb

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də İran İslam Respublikası Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.

"Report"un xəbərinə görə, İran İslam Respublikasının nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin tarixən dostluğa və qardaşlığa əsaslandığını bildirib, bu əlaqələrin bir çox sahələri, o cümlədən siyasi və mədəniyyət sahələrini əhatə etdiyini vurğulayıb. 

Mehriban Əliyeva Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini bildirib. “Son illər Azərbaycan ilə İran həm ölkələrimiz, həm də region üçün vacib olan birgə layihələr həyata keçirirlər”, - deyən Birinci vitse-prezident nəqliyyat sahəsindəki əlaqələri xüsusi qeyd edib və bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində iki ölkə arasında Rəşt-Astara dəmir yolu ilə bağlı imzalanacaq layihənin həm Azərbaycana, həm də İrana fayda verəcəyini bildirib.

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ölkəmizə səfərindən məmnunluğunu bildirib, Azərbaycan ilə İran arasında münasibətlərin, bütün sahələrdə qurulan əlaqələrin güclənməkdə olduğunu deyib və bu əlaqələrin iki xalqın rifahına xidmət etdiyini vurğulayıb. Qonaq iki ölkə arasında iqtisadi sahədə əlaqələrdən danışaraq xüsusilə nəqliyyat sahəsində böyük layihələrin həyata keçirildiyini qeyd edib. Bildirib ki, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi böyük önəm daşıyır. Qonaq ailə və qadın məsələləri sahəsində də əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırıb. Məsumə İbtikar Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ictimai və sosial sahədə həyata keçirdiyi layihələri qeyd edərək bu layihələrin uğurla icra olunduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi