Yuxarı

​Azərbaycanın Belçikadakı səfiri Lyej əyalətinə səfər edib

Səfər çərçivəsində bir neçə aparıcı şirkətin təqdimatı keçirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov Belçikanın Lyej (Liege) şəhərinə səfər edərək, eyniadlı əyalətin qubernatoru Mişel Fore və Əyalət Şurasının sədri Klod Klenkenberqlə görüşüb. Bu barədə “Report”a səfirlikdən bildirilib.

Görüş zamanı Belçikanın Lyej əyalətinin Azərbaycanın bir sıra regionları ilə əlaqələrinin yaradılması perspektivləri müzakirə edilib, iki tərəf arasında iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb.

F.İsgəndərov son illərdə Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar, əldə olunan uğurlar və ölkənin təşəbbüsü ilə həyata keçirilən regional layihələrlə bağlı həmsöhbətlərinə məlumat verib.

Səfər çərçivəsində həmçinin Lyej əyalətində fəaliyyət göstərən bir neçə aparıcı şirkətin təqdimatı da keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi