Azərbaycanın baş nazirinin Gürcüstana səfəri başlayıb

Azərbaycanın baş nazirinin Gürcüstana səfəri başlayıb Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir
Xarici siyasət
113
16 May , 2016 10:46
Azərbaycanın baş nazirinin Gürcüstana səfəri başlayıb

Tbilisi. 16 may. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasi-zadənin Gürcüstana səfəri başlayıb.

"Report" xəbər verir ki, mayın 16-da Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasi-zadənin rəhbərlik etdiyi nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.

Səfər çərçivəsində A.Rasi-zadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi