Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanın Ankaradakı səfirliyi işinə adi rejimdə davam etdirir.
Bu barədə "Report"a səfirlikdən, martın 13-də Ankarada baş vermiş terror aktından sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsiylə bağlı sualı cavablandırarkən məlumat verilib.
Xatırladaq ki, bu gün daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi mümkün terror hücumu təhlükəsi səbəbiylə Ankaradakı səfirliyini, həmçinin İstanbuldakı Baş Konsulluq və alman məktəbinin bağlandığını bildirib.
Dünən isə ABŞ-ın Türkiyədəki səfirliyi mümkün terror təhlükəsi ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq etmişdi.