Yuxarı

Azərbaycanın Almaniyada və Moldovada yeni səfirləri təyin edilib

Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev R.M.Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı İlham Əliyev Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da Sərəncam imzalayıb.

Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi