Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqtonda səfərdə olan azərbaycanlı pedaqoqlarla görüşüb

Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqtonda səfərdə olan azərbaycanlı pedaqoqlarla görüşüb Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ADA Universitetinin mübadilə proqramı çərçivəsində Vaşinqton şəhərinə səfər etmiş bir qrup məktəb direktorları və müəllim heyəti ilə görüşüb.
Xarici siyasət
28 Fevral , 2023 09:00
Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqtonda səfərdə olan azərbaycanlı pedaqoqlarla görüşüb

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ADA Universitetinin mübadilə proqramı çərçivəsində Vaşinqton şəhərinə səfər etmiş bir qrup məktəb direktorları və müəllim heyəti ilə görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, ADA Universitetinin Vaşinqton mərkəzində baş tutan görüşdə səfir pedaqoqlarla tanış olub, onlarla fikir mübadiləsi aparıb.

Dünyanın bir çox qabaqcıl universitetlərində təhsil alan parlaq Azərbaycan gəncliyinin uğurlarına sevindiyini deyən səfir gənclərə əzmlə çalışmağı və qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün dayanmadan mübarizə aparmağı tövsiyə edib. Pedaqoqlar da, öz növbəsində səfirə onları maraqlandıran mövzular ətrafında suallar ünvanlayıb, diqqət və qayğıya görə təşəkkür ediblər. Səfir bu kimi ənənəvi görüşlərin gələcək də reallaşacağını deyib.

Qeyd edək ki, ADA Universitetinin Vaşinqton mərkəzinin reallaşdırdığı ənənəvi təhsil proqramında bu dəfə 26 pedaqoq iştirak edib.

Yeddi həftə ərzində davam edən proqramda Azərbaycanın müxtəlif şəhər və rayonlarından (Gəncə, Füzuli, Quba, Ağdaş, İmişli, Yevlax, Tovuz, Tərtər, Oğuz, Bərdə və s.) və ucqar kənd məktəblərində fəaliyyət göstərən müəllim və direktorlar iştirak edir.

Proqramın məqsədi dünyanın qabaqcıl təhsil ocaqlarının olduğu ABŞ-ın təcrübəsindən yararlanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək, pedaqoqların özünə inamını artırmaq, müəllimlər və direktorlar arasında təhsildə liderlik üçün tərəfdaşlığı gücləndirməkdir.

Son xəbərlər

Orphus sistemi