Xəzər İbrahim İrandakı səfirliyə terror hücumunu pisləyib

Xəzər İbrahim İrandakı səfirliyə terror hücumunu pisləyib Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib.
Xarici siyasət
27 Yanvar , 2023 13:33
Xəzər İbrahim İrandakı səfirliyə terror hücumunu pisləyib

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə diplomat tviter səhifəsində yazıb.

"Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı hərtərəfli araşdırma aparılmalıdır. Bütün beynəlxalq sənədlərə, o cümlədən Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına riayət edilməlidir", - Xəzər İbrahim bildirib. O, hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisinin öldürüldüyünü, daha iki əməkdaşın yaralandığını diqqətə çatdırıb.

Səfir həlak olan şəxsin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hazırda Azərbaycan tərəfi bu xain hücumla bağlı təcili araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi