​Azərbaycanı BMT sessiyasında təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiq olunub

​Azərbaycanı BMT sessiyasında təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiq olunub Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb
Xarici siyasət
26 Fevral , 2016 23:04
​Azərbaycanı BMT sessiyasında təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiq olunub

Bakı. 26 fevral. REPORT.AZ/ BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası hökumətinin 7-ci, 8-ci və 9-cu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqlənib.

"Report" xəbər verir ki, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

2016-cı il aprelin 25-dən mayın 13-dək Cenevrə şəhərində keçiriləcək 89-cu sessiyada Azərbaycanı təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib:

Nümayəndə heyətinin rəhbəri

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Nümayəndə heyətinin üzvləri:

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Namiq Əsgərov - Azərbaycan Respublikası Baş prokurorunun müavini.

Son xəbərlər

Orphus sistemi