Yuxarı
    Bağlamaq

    Azərbaycanı BMT Komitəsinin sessiyasında təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqlənib

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində Cenevrə şəhərində keçiriləcək 60-cı sessiyasında ölkəni təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sərəncama əsasən, “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin beşinci dövri məruzəsinin təqdimatında ölkəni təmsil edəcək və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq edəcəyi nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Xələf Xələfov, daxili işlər nazirinin müavini Oruc Zalov, ədliyyə nazirinin müavini Toğrul Musayev, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev daxildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi