Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının əksəriyyəti Ərdoğana səs verib

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının əksəriyyəti Ərdoğana səs verib Bakı. 25 iyun. REPORT.AZ/ Ötən gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində baş tutan səsvermənin nəticələri məlum olub.
Xarici siyasət
25 İyun , 2018 17:32
Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının əksəriyyəti Ərdoğana səs verib
Mustafa Kirazli / Getty Images
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Ötən gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində baş tutan səsvermənin nəticələri məlum olub.

"Report" xəbər verir ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 38,5%-i Rəcəb Tayyib Ərdoğana səs verib.

Onun CHP partiyasından olan əsas rəqibi Muharrem İnce Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 33,8% səsini qazanıb. HDP-nin namizədi Selahattin Demirtaş səslərin 12%-ni, İYİ Partiyadan Meral Akşener 7,9%-ni toplayıb. Digər namizədlər - Doğu Perinçekə və Temel Karamollaoğluna isə səs verən olmayıb.

Türkiyənin Gəncə və Naxçıvan şəhərlərindəki Baş Konsulluqlarında seçki məntəqələrində də R.T.Ərdoğan daha çox səs toplayıb (müvafiq olaraq, 52,1% və 44,8%). Bu seçki məntəqlərindəki səsvermədə M.İncenin topladığı səs faizləri isə müvafiq olaraq, 32,4% və 38,8% olub.

Parlament seçkilərinə gəlincə, burada 31,7% səslə AKP qələbə çalıb. HDP 25,8%, CHP 21,7%, İYİ Partiya 11,5% səs toplayıb. Türkiyənin Azərbaycandakı Baş Konsulluqlarında keçirilən səsvermənin nəticələrinə görə də AKP qalib gəlib.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan qələbə qazanıb (52,6%).

Son xəbərlər

Orphus sistemi