Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs verirlər

    Rusiya səfiri səsvermələrin keçirilməsində və təhlükəsizliyin təminatına görə Azərbaycana təşəkkür edib

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Rusiya vətəndaşları bu gün Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə səs verirlər.

    "Report" xəbər verir ki, Rusiya Federasiyasının dünyanın 145 ölkəsindəki diplomatik missiyasında 371 seçki məntəqəsi yaradılıb.

    Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindəki seçki məntəqəsində səfir Vladimir Doroxin də səs verib.

    Səfir səsvermələrin keçirilməsində və Rusiya səfirliyində seçkilərin təhlükəsizliyin təmin olunmasında göstərdiyi köməyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

    Qeyd edək ki, Azərbaycanda daimi yaşayan və ya bura müvəqqəti gələn Rusiya vətəndaşları Bakıxanov küçəsində, səfirliyin Bakıdakı konsul bölməsinin binasındakı 8017 saylı seçki məntəqəsindəki səsvermədə iştirak edə bilərlər.

    Seçki məntəqəsi saat 8.00-dan 20:00-dək fəaliyyət göstərəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi