Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları ilə bağlı məsələlər müzakirə olunub Əfqanıstanın Azərbaycandakı səfiri Dövlət Miqrasiya Xidməti rəisi görüşüb
Xarici siyasət
4 May , 2017 19:09
Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları ilə bağlı məsələlər müzakirə olunub

Bakı. 4 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətininrəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Əfqanıstanın Azərbaycandakı səfiri Muhəmməd Tağı Xəlili ilə görüşüb.

Xidmətdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Əfqanıstan arasında mövcud olan dostluq münasibətlərinin tarixindən söhbət açılıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin haqq işini hər zaman müdafiə etdiyi, Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə miqrasiya və vətəndaşlıq haqqında milli qanunvericiliyə edilmiş son dəyişikliklər barədə də danışılıb. Səfiri maraqlandıran bir sıra məsələlərə qanunvericilik çərçivəsində aydınlıq gətirilib.

Bundan əlavə, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşları ilə bağlı bir sıra məsələlərə toxunulub, toxunulan məsələlərin həllində atıla biləcək birgə addımlar müzakirə edilib.

Görüş zamanı iki ölkə arasında miqrasiya proseslərinin idarəolunması sahəsində mümkün əməkdaşlıq perspektivləri təhlil olunub, təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Səfir ölkəsinin Azərbaycanla əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

Son xəbərlər

Orphus sistemi