Azərbaycanda və Qırğızıstanda qarşılıqlı mədəniyyət günləri keçiriləcək

Azərbaycanda və Qırğızıstanda qarşılıqlı mədəniyyət günləri keçiriləcək ​Səfir Hidayət Orucov Qırğız Respublikasının Xarici İşlər naziri ilə görüşüb
Xarici siyasət
1 İyul , 2016 18:43
Azərbaycanda və Qırğızıstanda qarşılıqlı mədəniyyət günləri keçiriləcək

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucov Qırğızıstan xarici işlər naziri Erlan Abdıldayev ilə görüşüb.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir deyib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir.

Səfir 2017-ci ilin yazında Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda mədəniyyət günlərinin payızda keçirilməsi ilə bağlı nazirlə fikir mübadiləsi aparıb və razılıq əldə olunub.

H.Orucov söyləyib ki, 2016-cı ildə qırğız şairi və mütəfəkkiri Jusub Balasaqının 1000 illiyi yubileyi Azərbaycanda keçiriləcək.

Nazir E.Abdıldayev diqqətə çatdırıb ki, 2016-cı ilin sentyabrın 3-dən-10-dək İssık-Kulda “II Ümumdünya köçərilər oyunları” keçiriləcək.

Səfir H.Orucov bildirib ki, Azərbaycan “I Ümumdünya köçərilər oyunları”nda olduğu kimi, bu yarışlarda da böyük nümayəndə heyəti iştirak edəcək.

E.Abdıldayev vurğulayıb ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf edir.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi