Azərbaycanda saxlanılan 5 erməni İrəvana təhvil verilib

Azərbaycanda saxlanılan 5 erməni İrəvana təhvil verilib Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana yola düşüb.
Xarici siyasət
482
19 Oktyabr , 2021 19:47
Azərbaycanda saxlanılan 5 erməni İrəvana təhvil verilib
0 : 00
0 : 00

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana yola düşüb.

"Report" bu barədə “Caliber”in teleqram səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, R.Muradov Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə aparıb.

“Caliber”ə görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir:

"Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərdə saxlanılan diversiya qrupunun üzvləridir. Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi. Ümumilikdə, hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı".

Son xəbərlər

Orphus sistemi