Azərbaycanda Rusiya prezidenti seçkiləri üzrə vaxtından əvvəl səsvermə məntəqələri açılacaq

Azərbaycanda Rusiya prezidenti seçkiləri üzrə vaxtından əvvəl səsvermə məntəqələri açılacaq Seçki məntəqələri Bakı, Şəki, Gəncə və Lənkəranda təşkil olunacaq
Xarici siyasət
29
28 Fevral , 2018 17:06
Azərbaycanda Rusiya prezidenti seçkiləri üzrə vaxtından əvvəl səsvermə məntəqələri açılacaq

Bakı. 28 fevral. REPORT.AZ/ Bu ilin martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

"Report" Rusiyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasında daimi yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları Bakı şəhəri, Bakıxanov küçəsi, 17 (səfirliyin konsulluq şöbəsi) ünvanında yerləşəcək 8017 saylı seçki məntəqəsində səsvermədə iştirak edə bilərlər.

Seçki məntəqəsi Bakı vaxtı ilə saat 08:00-dan 20:00-dək açıq olacaq.

Səsvermədə iştirak etmək üçün Rusiya Federasiyası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədi göstərmək lazımdır.

Erkən səsvermələr isə aşağıdakı ünvanlarda təşkil olunacaq:

Martın 3-də saat 10:00-dan 16:00-dək - Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174 (Sabit Rəhman adına Dövlət Dram Teatrının binası);

Martın 10-da saat 10:00-dan 16:00-dək - Lənkəran şəhəri, akademik Zərifə Əliyeva küçəsi 99 (Lənkəran Şəhər Mədəniyyət Mərkəzi);

Martın 17-də saat 10:00-dan 16:00-dək - Gəncə şəhəri, Heydər Əliyev meydanı, İnzibati bina (Rus icmasının otağı).