Azərbaycanda olan Şri-Lanka vətəndaşları ölkələrinə göndərildi

Azərbaycanda olan Şri-Lanka vətəndaşları ölkələrinə göndərildi COVID-19 pandemiyası ilə əlaqədar olaraqAzərbaycanda qalan 69 Şri-Lanka vətəndaşıölkələrinə göndərilib.
Xarici siyasət
31 Avqust , 2020 13:17
Azərbaycanda olan Şri-Lanka vətəndaşları ölkələrinə göndərildi

COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda qalan 69 Şri-Lanka vətəndaşı ölkələrinə göndərilib.

Bu barədə “Report”a Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi - Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ölkəmizdə yaşayan və hazırda öz vətənlərinə geri dönməyə hazırlaşan 69 nəfər Şri-Lanka vətəndaşının koronavirus (COVID-19) üçün PCR testindən keçmələrini təşkil edib.

Miqrantlar kömək üçün BMqT-nin yerli nümayəndəliyinə müraciət ediblər.

BMqT-nin əməkdaşları mənfi COVID-19 test nəticələrini təsdiqləyən tibbi arayışları, şəxsi qoruyucu vasitələr olan üz maskaları və əlcəkləri hava limanında miqrantlara təhvil verərək onları vətənlərinə yola salıblar.

Şri-Lanka vətəndaşlarına dəstək ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun maliyyələşdirdiyi Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım üzrə regional layihə çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi