Azərbaycanda olan 700-ə yaxın Gürcüstan vətəndaşına kömək göstərilib

Azərbaycanda olan 700-ə yaxın Gürcüstan vətəndaşına kömək göstərilib Gürcüstan hökuməti Azərbaycanda müvəqqəti olan və yaşayan 696 vətəndaşına kömək göstərib.
Xarici siyasət
1 May , 2020 10:42
Azərbaycanda olan 700-ə yaxın Gürcüstan vətəndaşına kömək göstərilib

Gürcüstan hökuməti Azərbaycanda müvəqqəti olan və yaşayan 696 vətəndaşına kömək göstərib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Gürcüstanın Azərbaycandakı səfirliyi 666 vətəndaşa yerində müvafiq dəstək göstərib. Ölkənin Gəncədəki Baş konsulluğunun vasitəsilə isə şəhərdə 30 Gürcüstan vətəndaşı kömək alıb.

Aprelin 30-na olan məlumata əsasən, Gürcüstan diplomatik nümayəndəlikləri vasitəsilə koronavirus pandemiyası dövründə xarici ölkələrdə olan 17 627 vətəndaşına kömək göstərib, 8 954 vətəndaşın isə vətənə təxliyəsi təmin edilib. 

Son xəbərlər

Orphus sistemi