Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə missiyasının hesabatı AŞPA-nın iclasında qəbul olunub

Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə missiyasının hesabatı AŞPA-nın iclasında qəbul olunub Hesabat yekdilliklə qəbul olunub
Xarici siyasət
27 Noyabr , 2015 17:36
Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə missiyasının hesabatı AŞPA-nın iclasında qəbul olunub

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərini müşahidə edən missiyanın hesabatı AŞPA Daimi Komitəsinin iclasında yekdilliklə qəbul olunub. 

"Report" xəbər verir ki, bu barədə Komitənin iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. 

Qeyd edək ki, bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclası keçirilir.

Son xəbərlər

Orphus sistemi