Azərbaycanda Gürcüstan üçün tənzif istehsalına başlanılıb

Azərbaycanda Gürcüstan üçün tənzif istehsalına başlanılıb “Azərbaycanda tekstil fabriklərinin birində Gürcüstana idxal olunması üçün tənzif istehsal olunur”.
Xarici siyasət
15 Aprel , 2020 17:14
Azərbaycanda Gürcüstan üçün tənzif istehsalına başlanılıb

“Azərbaycanda tekstil fabriklərinin birində Gürcüstana idxal olunması üçün tənzif istehsal olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstanın “POS Tv” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanda tibbi maska istehsalına öz töhfəsini verir: “Tekstil fabriki xammalın Gürcüstana vaxtında çatdırılması üçün var gücü ilə işləyir”.

Səfir qeyd edib ki, bu günə qədər Azərbaycan vasitəsilə Gürcüstana 1 650 000 metrlik tənzif çatdırılıb.

Gürcüstanın idxal etdiyi tənzif materialının Özbəkistandan alındığı məlum olub. Bu barədə Gürcüstanın Özbəkistandakı səfiri Zurab Abduşelişvili “İmedi” kanalına bildirib. Onun sözlərinə görə, Gürcüstan Özbəkistandan 2 milyon metrlik tənzif tədarük edib və xammal mərhələli şəkildə Özbəkistan-Qazaxıstan-Azərbaycan marşrutu üzrə Gürcüstana çatdırılır.

Son xəbərlər

Orphus sistemi