Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlərin Füzuli və Şuşaya səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlərin Füzuli və Şuşaya səfəri başlayıb Azərbaycanda akkreditə olunmuş, Ankarada yerləşən qeyri-rezident səfirlərin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
Xarici siyasət
26 Avqust , 2022 12:10
Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlərin Füzuli və Şuşaya səfəri başlayıb

Avqustun 26-da dünyanın müxtəlif ölkələrindən olan diplomatların Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfəri başlayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər, diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri daxildir.

Səfər çərçivəsində Azərbaycanın Füzuli və Şuşa şəhərləri ziyarət ediləcək.

70-dən çox nümayəndənin daxil olduğu heyət Türkiyənin Ankara vilayətinin Esenboğa Aeroportundan çarter reysi ilə Azərbaycanın Füzuli Beynəlxalq Hava Limanına doğru yola düşüb. Tarixdə ilk dəfə olaraq Esenboğa hava limanının uçuş ekranlarında AHY4038 saylı Ankara-Füzuli reysini göstərən yazı əks olunub. 

Səfər iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi