Senat Xarici Əlaqələr Komitəsi ABŞ-ın Azərbaycana yeni səfirini təsdiqləyib

Senat Xarici Əlaqələr Komitəsi ABŞ-ın Azərbaycana yeni səfirini təsdiqləyib O, bu vəzifədə artıq Azərbaycanı tərk edən Riçard Morninqstarı əvəz edib
Xarici siyasət
5 Dekabr , 2014 03:56
Senat Xarici Əlaqələr Komitəsi ABŞ-ın Azərbaycana yeni səfirini təsdiqləyib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Senat Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Çekuta komitə səsverməsində təsdiq olunub. 

"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, dinləmədə Azərbaycanla bağlı ətraflı müzakirə olmayıb.

Çekuta Dövlət Katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Çekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009 illər arasında Tokioda, 2003-2007-ci illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Çekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Son xəbərlər

Orphus sistemi