Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik edib

Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik edib Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Xarici siyasət
8 Sentyabr , 2021 16:42
Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat verilib.

“Müstəqilliyinin 30-cu ildönümündə Şimali Makedoniyanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Şimali Makedoniya!”, - məlumatda qeyd edilib.

XİN həmçinin Andorranın Milli Günü münasibətilə paylaşım edib: “Andorranın Milli Gününü səmimi qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Milli Günün Mübarək, Andorra!”.

Son xəbərlər

Orphus sistemi