Azərbaycan XİN: "Rusiya ilə strateji münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirik"

Azərbaycan XİN: "Rusiya ilə strateji münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirik" Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür
Xarici siyasət
4 Aprel , 2022 11:18
Azərbaycan XİN: Rusiya ilə strateji münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirik

Bu gün Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

“Report” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Rusiyanın hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Rusiya arasında strateji münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi