Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb Azərbaycan XİN Qəzzada atəşkəs və ev sahibliyi razılaşmasının elanını alqışlayıb.
Xarici siyasət
16 yanvar 2025 08:30
Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.

"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi