Azərbaycan XİN Müstəqillik Günü münasibətilə paylaşım edib
- 28 may, 2023
- 05:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə Müstəqillik Günü münasibətilə paylaşım edib.
"Report" xəbər verir ki, XİN-in tviter səhifəsində qeyd olunub:
"Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Respublikasının yaradılmasının 105-ci ildönümündə xalqımızı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh və rifah arzu edirik. 28 May - Müstəqillik Günümüz Mübarək!"
Müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Respublikasının yaradılmasının 105-ci ildönümündə xalqımızı #MüstəqillikGünü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına sülh və rifah arzu edirik.
— MFA Azerbaijan (@AzerbaijanMFA) May 28, 2023
28 May - Müstəqillik Günümüz Mübarək! pic.twitter.com/XaW86XDWv5