Azərbaycan XİN Meksikaya başsağlığı verib

Azərbaycan XİN Meksikaya başsağlığı verib Azərbaycanın Xarici İşlər Nazirliyi Mexikoda metro körpüsünün uçması hadisəsi ilə əlaqədar Meksikaya başsağlığı verib
Xarici siyasət
4 May , 2021 14:52
Azərbaycan XİN Meksikaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Mexikoda metro körpüsünün uçması hadisəsi ilə əlaqədar Meksikaya başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

Başsağlığı mətnində deyilir:

“Baş verən hadisə bizi çox kədərləndirdi. Faciəvi qəzada həlak olanların ailələrinə, eləcə də Meksika hökumətinə və xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

Qeyd edək ki, hadisə nəticəsində 23 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi