Azərbaycan XİN Malayziyanı təbrik edib
- 05 aprel, 2023
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı diplomatik münasibətlərin qurulmasının 30 illik ildönümü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.
“Bu gün Azərbaycan və Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Malayziya hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycanla Malayziya arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib.
Today marks the 30th Anniversary of the establishment of diplomatic relations between #Azerbaijan and #Malaysia. We send our best wishes to the Government and People of Malaysia on this occasion. Looking forward to further strengthening of ties.@MalaysiaMFA pic.twitter.com/EZmZg3cdnH
— MFA Azerbaijan (@AzerbaijanMFA) April 5, 2023