Azərbaycan XİN Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib

Azərbaycan XİN Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib Azərbaycan Xarici İşlər Nazirliyi Kubada neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib.
Xarici siyasət
9 Avqust , 2022 22:54
Azərbaycan XİN Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib

Azərbaycan Xarici İşlər Nazirliyi Kubada neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib.

"Report" xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində bu barədə paylaşım edilib.

Paylaşımda deyilir: "Kubanın Matanzas şəhərində neft müəssisəsində 17 yanğınsöndürənin itkin düşməsi və bir çoxunun yaralanması ilə nəticələnən yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəylik ifadə edirik”.

Son xəbərlər

Orphus sistemi