Azərbaycan XİN Fransanı təbrik edib
- 21 fevral, 2022
- 09:03
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədər Fransanı təbrik edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterində paylaşım edilib.
“Bu gün Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Fransa Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Fransa əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, - tvitdə qeyd olunub.
Today marks th Anniversary of the establishment of diplomatic relations btw #Azerbaijan & #France. We send our best wishes to the Government & People of the French Republic on this occasion. Looking forward to further development of cooperation.@francediplo_EN pic.twitter.com/EOVERw464L
— MFA Azerbaijan (@AzerbaijanMFA) February 21, 2022