Azərbaycan XİN erməni terrorçunun azad edilməsini kəskin qınadı
Azərbaycan XİN erməni terrorçunun azad edilməsini kəskin qınadıAzərbaycan Xarici İşlər Nazirliyi erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi Los Anceles Ali Məhkəməsi tərəfindən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə münasibət bildirib.
“Report”un məlumatına görə, nazirliyin tvitter səhifəsində edilən paylaşımda deyilir:
“Diplomatın qətlinə görə mühakimə olunan tanınmış və islah edilməmiş terrorçu H.Sassunyanın sərbəst buraxılması çox səhv siqnal verəcək və şübhəsiz ki, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib dövlətdə diplomatiyanın mənafelərinə zərər verəcək”.
Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.
Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.
Releasing admitted & unreformed terrorist H.Sassounian convicted of murdering a diplomat would send a very wrong message & surely harm interests of diplomacy, especially in a state w/one of the world’s largest diplomatic corps.
Tribute to #KemalArıkan assassinated in LA in 1982.